Azərbaycan cüdoçusu Leyla Əliyeva Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
48 kq çəki dərəcəsində çıxış edən idmançı 1/16 final mərhələsində Xalimajon Kurbanova (Özbəkistan) ilə üz-üzə gəlib.
Rəqibinə məğlub olan Leyla Əliyeva turnirlə vidalaşmalı olub.
Kişilərdə isə Balabəy Ağayev (60 kiloqram) ilk görüşlərində məğlub olaraq olimpiada ilə vidalaşıb.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.