Parlament Fikrət Məmmədovun təyinatını təsdiqlədi
Keçmiş ədiyyə naziri Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilib
Milli Məclisdə Prezident İlham Əliyev Fikrət Fərrux oğlu Məmmədovun Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi haqqında Milli Məclisə təqdimat müzakirəyə çıxarılıb.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq, təqdimata parlamentdə müvafiq qaydada baxılıb.
Milli Məclis Fikrət Fərrux oğlu Məmmədovun Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi təsdiqləyib.
Fikrət Fərrux oğlu Məmmədov Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hakimi andını içib.
O, andını Milli Məclisin tribunasından səsləndirib.
"İlk olaraq bu ali vəzifəyə təyin olunmağımla bağlı prezidentə təşəkkürümü bildirirəm. Bu gün özünün ən qüdrətli dövrünü yaşayan Azərbaycanın bütün ərazilərində Konstitusiyamızın hüquqi qüvvəsi bərpa olunub. Hazırda ərazilərimiz Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə sürətlə bərpa olunur, soydaşlarımızın öz doğma torpaqlarına qayıdışı sevincini yaşayırıq”, - Fikrət Məmmədov deyib.
Qeyd edək ki, sabiq ədliyyə naziri Fikrət Məmmədov bir müddət əvvəl vəzifəsindən azad edilib.
Prezident İlham Əliyev ötən günlərdə sabiq ədliyyə naziri Fikrət Məmmədovun Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi haqqında Milli Məclisə təqdimat verib.