Paşinyanın Iran rəsmiləri ilə görüşü olub YENİLƏNİR VİDEO
Bu gün Tehranda prezident Məsud Pezeşkianın andiçmə mərasimidir

11:58
İranın ali dini lideri Ayətullah Əli Xamenei Ermənistanın baş naziri Nikol Paşinyanı qəbul edib.
***
11:52
Paşinyan və Pezeşkian arasında görüş artıq baş tutub. Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti görüntülər yayıb.
Ermənistanın baş naziri bildirib ki, onun iştirakı İranla münasibətləri dərinləşdirmək istəyindən xəbər verir. Paşinyan qeyd edib ki, İranla çoxtərəfli əməkdaşlıq Ermənistan üçün son dərəcə vacibdir və bu münasibətlər qarşılıqlı hörmətə əsaslanır.
İran Prezidenti öz növbəsində qeyd edib ki, iki xalqın çoxəsrlik dostluğu qarşılıqlı fəaliyyət üçün möhkəm təməldir. Regiondakı vəziyyətə toxunan Pezeşkian təhlükəsizlik və sabitliyin Tehran üçün əsas əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, bütün mövcud problemləri dialoq yolu ilə həll etməyə çağırıb.
***
09:14
Ermənistanın baş naziri Nikol Paşinyan bu gün prezident Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün İrana gedib.
VİDEO
Bunu baş nazirin mətbuat katibi Nazeli Bagdasaryan bildirib.
Qeyd edək ki, Pezeşkian iyulun 5-də keçirilən prezident seçkilərinin ikinci turunda seçilib.
Növbədənkənar seçkilər sabiq prezident İbrahim Rəisinin mayın 19-da vertolyot qəzasında həlak olmasından sonra baş tutub.