XƏBƏRLƏR / Siyasət

Paşinyan Bişkekdə TRİPP-lə bağlı amerikalılarla da görüşüb

Bu barədə Baş nazirin ofisinin mətbuat açıqlamasına istinadən "Armenpress" xəbər verir

Paşinyan Bişkekdə TRİPP-lə bağlı amerikalılarla da görüşüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistanın Baş naziri Nikol Paşinyan Bişkekdə ABŞ senatoru Stiv Deynsin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə "TRİPP+Enterprise Fund"un rəhbəri Konstantin Sokolov da iştirak edib.

    Armenpress-in Ermənistan Respublikası Baş nazirinin ofisinin mətbuat açıqlamasına istinadən verdiyi məlumata görə, tərəflər Ermənistan və ABŞ arasında strateji tərəfdaşlığın müxtəlif sahələrdə davamlı inkişafının vacibliyini vurğulayıblar.

    Regional proseslər və cari hadisələr müzakirə olunub, TRIPP layihəsinin kommunikasiyaların açılmasında və inkişaf etdirilməsindəki rolu vurğulanıb. Bu kontekstdə layihənin həyata keçirilməsi və qarşıdakı proqramlar barədə fikir mübadiləsi aparılıb.