Paşinyan Fransa TV-sində Rusiya və Azrbaycanı suçlayıb
"France24"ə verdiyi 12 dəqiqəlik müsahibədə baş nazir aləmi bir-birinə qatıb
Ermənistanın baş naziri Nikol Paşinyanın France24-ə müsahibəsindən:
- Bakı indiki Ermənistanı Qərbi Azərbaycan hesab edir və Ermənistana hücuma hazırlaşır, iki ölkə arasındakı böhranın sülh yolu ilə həlli vədləri isə yerlərdə rədd edilir.
- Bir neçə ay əvvəl Rusiya açıq şəkildə erməni əhalisini hökuməti devirməyə çağırdı. Moskvadan gələn bu təbliğat dayanmadan davam edir. Ermənistanda rus əsgərləri tərəfindən rus fərari Dmitri Setrakovun oğurlanması məni xüsusilə narahat edir. Biz öz ərazimizdə qanunsuz hərəkətlərə dözə bilmərik. İrəvanın tələbləri cavabsız qalsa, bunun nəticələri olacaq.
- Ermənistanın Moskvanın dominantlıq etdiyi KTMT-də iştirakı dondurulub.
- Ermənistanda Rusiya hərbi bazasının saxlanılması məsələsi gündəmdə deyil.