Paşinyan iki kürsüdə oturmağa davam etmək istəyir
Ermənistanın baş naziri Praqaada bəyan edib ki, rus qosunlarını ölkədən çıxarmaq fikri yoxdur

Ermənistanın baş naziri Nikol Paşinyan işgüzar səfər etdiyi Çexiya paytaxtı Praqada bildirib ki, Ermənistan ölkədə olan Rusiya qoşunlarından imtina etməyəcək.
"Ermənistan Rusiya qoşunlarının ölkədə mövcudluğuna son qoymaq niyyətində deyil. Demişəm ki, parlamentimiz bu yaxınlarda Avropa İttifaqına üzvlüyün başlanması ilə bağlı qanun qəbul edib. İndi bizim Avropa İttifaqı ilə çox sıx əməkdaşlığımız var. Amma digər tərəfdən, bizim Rusiya ilə münasibətləri pozmaq vəzifəmiz yoxdur. Çünki xarici siyasətimiz balanslaşdırılmış və çoxşaxəlidir. Bu, bizim strategiyamızdır", - erməni baş nazir deyib.