Paşinyan keşişlərlə görüşüb VİDEO / YENİLƏNİB
Bu barədə Ermənistanın Baş naziri özünün sosial şəbəkə hesabında məlumat verib
14:40
Baş nazir Nikol Paşinyan bütün ermənilərin Katolikosunun mümkün varisi postuna üstünlük verdiyi iki namizədi müəyyənləşdirib.
Bu barədə “Joxovurd” qəzeti öz mənbələrinə istinadən yazıb.
Nəşrin məlumatına görə, əsas namizədlər kimi ABŞ-da yaşayan Qərb Yeparxiyasının rəhbəri, Baş yepiskop Ovnan Terteryan və Kilikya Böyük Evinin Katolikosu I Aram nəzərdən keçirilir.

Hakimiyyət hesab edir ki, onlar vəziyyətin necə inkişaf edəcəyinin aydın olacağı vaxta qədər ona qarşı loyallıqlarını qoruyub saxlayacaqlar.
***
11:16
Baş nazir Nikol Paşinyan Erməni Apostol Kilsəsinin bir qrup yepiskopu ilə görüş keçirib və görüşün videoyazısını özünün sosial şəbəkə hesabında yayımlayıb.
VİDEO
Daha əvvəl Ermənistan Apostol Kilsəsinin bir qrup yüksək vəzifəli ruhanisi Eçmiədzin Kilsəsinin Kanselariya rəhbəri Arşak Xaçatryanın hərəkətlərini ört-basdır etməyə cəhd göstərən bütün ermənilərin katolikosu II Qareginin hərəkətsizliyinə etiraz edən bəyanat yaymışdılar.
Həmin bəyanatda ruhanilər arxiyepiskop Arşakdan Eçmiədzin kilsəinin rəhbərliyindən istefa verməyi tələb ediblər.
Paşinyanla görüşən keşişlər Baş nazirin tələblərində haqlı olduğunu bildiriblər.
Xatırladaq ki, Nikol Paşinyan bütün ermənilərin katolikosu II Qareginin Erməni Apostol Kilsəsinin rəhbərliyindən getməli olduğunu deyir.
1 dəqiqə