Paşinyan seçkiyə 2 ay qalmış Seçki Məcəlləsinə düzəliş edir
Bu gün İrəvanda Ermənistan parlamentinin fövqəladə iclası çağırılıb
Ermənistanda ilk dəfə hakimiyyət seçkilərdən iki ay əvvəl təcili olaraq Seçki Məcəlləsinə düzəlişlər edir
Bu gün İrəvanda Ermənistan parlamentinin fövqəladə iclası çağırılıb. Hakim partiyanın parlament fraksiyası seçkilərdən cəmi iki ay əvvəl Seçki Məcəlləsinə düzəlişlər layihəsini təklif edib. Ermənistan mediasının məlumatına görə, Avropa Şurası Venesiya Komissiyasının tövsiyələrinə zidd olaraq, belə bir hal ilk dəfə baş verir.
Qanunvericilik təşəbbüsünə əsasən, Ermənistanda bloklar və partiyalar tərəfindən şəxsi adların istifadəsi qadağan ediləcək.
"Bu təşəbbüs açıq şəkildə adı və soyadı onun "Güclü Ermənistan" partiyası tərəfindən yaradılan seçki blokunun adına daxil edilmiş Rusiyanın "Taşir" şirkətlər qrupunun sahibi Samvel Karapetyana qarşı yönəlib", - müxalif News.am saytı yazır.
1 dəqiqə