XƏBƏRLƏR / Qonşular

Paşinyan separatçıların Bakıda keçən məhkəməsindən danışıdı

Baş nazir vəziyyətə “zərər vermə” məntiqi ilə yanaşdığını bildirib

Paşinyan separatçıların Bakıda keçən məhkəməsindən danışıdı
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ermənistanın baş nazir Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib ki, Azərbaycanda saxlanılan erməni məhbuslar məsələsi Ermənistanın diplomatik gündəmindədir.

    Məhbusların məhkəməsinin başlaması və Qarabağın keçmiş "dövlət naziri" Ruben Vardanyanın həbsxanadan verdiyi bəyanatla bağlı sualı cavablandıran Paşinyan deyib ki, “bizim öyrəndiyimiz və gördüyümüz məlumatlar, əlbəttə ki, narahatlıq yaradır”.

    “Ancaq biz bu vəziyyətə “zərər vermə” məntiqi ilə yanaşırıq. Bu məsələ diplomatik təmaslarımızda və gündəmimizdə daim var və nəticə əldə etmək üçün bu istiqamətdə səylərimizi davam etdirəcəyik”, - deyə baş nazir bildirib.

    O əlavə edib ki, məhbuslarla bağlı “vətənpərvərlik emosiyalarını təmin edən” açıqlama verə bilər, lakin məhbuslar “onun nəticələrini və təsirini həbsxanada öz dərilərində hiss edəcəklər”.