Paşinyan Vardanyanı müdafiə etməkdən vaz keçdi
Bu barədə Ermənistanın müxalif “Hraparak” qəzeti yazır

“Hraparak” qəzeti yazır ki, Ermənistanın baş naziri Nikol Paşinyan Ruben Vardanyanın ailəsinin ABŞ Prezidenti Donald Trampa separatçıların liderlərindən biri, Qarabağın “keçmiş dövlət naziri” Ruben Vardanyanın azadlığa buraxılmasına köməklik göstərməyi xahiş edən məktub göndərmək barədə müraciətini rədd edib.
Qəzetin yazdığına görə, ABŞ-dakı nüfuzlu ermənilər Trampın ətrafı ilə danışıqlar aparıb və onun qızının əri ilə əlaqə saxlayıblar. ABŞ Prezidenti özü də müdaxilə etməyə razılıq verdi, ancaq İrəvandan rəsmi müraciət olarsa. Qəzet qeyd edir ki, Ermənistanın ABŞ-dakı səfiri Lilit Makunts vasitəsilə Vardanyanlar ailəsi müraciəti Ermənistanın baş nazirinə göndərib, lakin bunun Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması prosesinə zərər verə biləcəyini əsas gətirərək rədd cavabı alıb.
Xatırladaq ki, Bakıda işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, terrorizm, terrorçuluğu maliyyələşdirmə və Azərbaycan Cinayət Məcəlləsinin digər maddələri ilə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyana qarşı cinayət işi üzrə məhkəmə prosesi davam edir.