XƏBƏRLƏR / Siyasət

Paşinyan və Əliyev sülhə doğru irəliləyişi müzakirə ediblər

Məlumatı Düşənbədə jurnalistlərə MDB-nin Baş katibi Sergey Lebedev verib

Paşinyan və Əliyev sülhə doğru irəliləyişi müzakirə ediblər
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev MDB-nin Düşənbədə keçirilən sammiti çərçivəsində sülhə doğru irəliləyişi müzakirə ediblər.

    "Ermənistanın Baş naziri ilə Azərbaycan Prezidenti arasında çox isti söhbət olub və sülh və təhlükəsizliyə gedən yolda irəliləyiş yollarını müzakirə ediblər", - MDB-nin Baş katibi Sergey Lebedev görüşün yekunlarına dair mətbuat konfransında bildirib.