Paşinyan yenə erməniləri şoka saldı
Ermənistanın baş naziri birinci xanım sayılan Anna Akopyanla nikahının olmadığını elan edib
Ermənistanın baş naziri Nikol Paşinyan canlı yayımda bəyan edib ki, o, Anna Akopyanla nə qeydiyyat şöbəsində (VVAQ), nə də kilsədə nikahlarını rəsmiləşdiriblər.
Paşinyan və Akopyan bəyan ediblər ki, ailələrinin ən möhkəm təməli onların üç övladıdır.
Paşinyan nağıl və miflərlə formalaşmış mühafizəkar erməni cəmiyyətini şoka salmaqda davam edir.
İzləyicilərin bir qismi baş naziri kəskin qınayıb, o biri qütb isə Paşinyanı səmimiliyə və düz danışdığına görə alqışlayıb.