Paşinyan Bakıya sərhədçılərin yerləşdirməsini təklif edib
Yeni Xankəndi-Gorus yolunun sərhəd nöqtəsində hər 2 tərəfdə ordu əvəzinə sərhədçilərin olması təklif edilib
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Ordusunun Ermənistanla sərhədi nəzarətə götürməsi ilə bağlı hökümətin iclasında məlumat verib: "Dünən Azərbaycana məlumat vermişdik ki, Kornidzor körpüsündən sonra yol yalnız Ermənistan ərazisindən keçməklə davam edəcək və Ermənistanın Sərhəd Qoşunları bu hissədə dövlət sərhədinin mühafizəsini təmin edəcək. Sərhəd qoşunları bu ərazidə Ermənistan Müdafiə Nazirliyinin bölmələrinin yerləşdiyi mövqelərdə yerləşdiriləcək. Ermənilərin mövqelərində heç bir dəyişiklik olmayıb, bir fərqlə ki, orada Silahlı Qüvvələrin hissələrinin əvəzinə Sərhəd Qoşunları yerləşdirilib və İrəvan da eyni təkliflə Bakıya üz tutub."