XƏBƏRLƏR / Kriminal

Peskov Bakıda həbsdə olan rusiyalı narkokuryerlər haqda

Rusiya Prezidentinin sözçüsü bu barədə keçirdiyi brifinqdə məlumat verib

Peskov Bakıda həbsdə olan rusiyalı narkokuryerlər haqda
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • "Rusiya diplomatları Azərbaycanda həbsdə qalan Rusiya vətəndaşlarının vəziyyətini yaxından izləyir".

    Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov keçirdiyi brifinqdə məlumat verib.

    "Rusiya vətəndaşları hələlik Bakı istintaq təcridxanasında qalırlar. Əlbəttə ki, diplomatik missiyamız Rusiya vətəndaşlarının maraqlarını qorumaq üçün bu vəziyyəti yaxından izləyir", - deyə o, bu Rusiya vətəndaşlarının taleyi ilə bağlı sualları cavablandırarkən bildirib.