Peskov: Əliyev və Paşinyan sülh müqaviləsinə hazırdırlar
Rusiya Prezidentinin sözçüsü bunu Sankt-Peterburqdakı MDB liderlərinin qeyri-formal görüşündən sonra deyib

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan sülh müqaviləsini yekunlaşdırmağa hazır olduqlarını bəyan ediblər, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Onlar sülh danışıqlarını yekunlaşdırmağa, vahid sənədə, sülh müqaviləsinə nail olmağa tam hazır olduqlarını bildirirlər", - Peskov bildirib.
Yeri gəlmişkən, Əliyev və Paşinyan Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi görüşü çərçivəsində söhbət etməyə imkan tapıblar.