Pezeşkian keyfiyyətsiz benzinə görə Təbrizə taksi ilə gedib
İranda sosial-iqtisadi və yanacaq böhranı get-gedə dərinləşir

İran Prezidenti Məsud Pezeşkiam keyfiyyətsiz benzinə görə Təbrizə taksiyə minib.
Pezeşkian bu yaxınlarda Təbrizə qeyri-rəsmi səfəri zamanı qeyri-adi vəziyyətlə üzləşib: onun kortejindəki hər üç avtomobil Qəzvin vilayətinə gedərkən dayanıb.
Bu barədə Prezidentin xüsusi müfəttişi Mustafa Moulavi məlumat verib.
Onun sözlərinə görə, avtomobil karvanı Rəşt magistralının çıxışına yaxın olan yanacaqdoldurma məntəqəsində dayanaraq benzinlə doldurub, sonradan məlum olduğu kimi, yanacağ su ilə qarışdırılıb.
Hər üç maşın Takestan şəhərinin astanasında dayanıb. Yoxlama göstərib ki, bu yanacaqdoldurma məntəqəsində əvvəllər də oxşar qanun pozuntuları qeydə alınıb, lakin o, fəaliyyətini davam etdirir.
Hadisəyə baxmayaraq, Pezeşkian əyalət rəhbərliyi ilə əlaqə saxlamayıb və rəsmi araşdırma başlatmayıb. Əvəzində şəxsi taksi ilə Təbrizə səyahətini davam etdirib.
Moulavi vurğulayıb ki, bu hal adi vətəndaşlar üçün də təhlükə yarada bilən yanacaqdoldurma məntəqələrində məsuliyyətsizlik və nəzarətsizlik nümunəsidir.