Pezeşkianla Xameneinin görüşü 7 saat çəkib
Britaniyalı siyasi fəal və analitik Lissack israr edir ki, İranın Ali Lideri Mojtaba mart ayının ortalarında vəfat edib
İran Prezidenti Məsud Pezeşkian ölkənin Ali Rəhbəri Ayətullah Seyid Müctəba Xamenei ilə görüşünü şərh edib.
Məsud Pezeşkian İranın dövlət televiziyasına müsahibəsində Müctəba Xamenei ilə keçirdiyi görüşü müsbət və məhsuldar adlandırıb.
Pezeşkianın sözlərinə görə, görüş çox yaxşı keçib və təxminən 7 saat davam edib.
O qeyd edib ki, bu müddətdə İrana aid demək olar bütün məsələlər müzakirə olunub. İran Prezidenti görüşdə əsas müzakirə mövzularının insanların dolanışığı, məşğulluğu və mənzil təminatı olduğunu vurğulayıb: “Biz, həmçinin, sanksiyaların yaratdığı problemləri müzakirə etdik. Hökumətin və millətin mövqeyi, xalqın dəstəyi, birlik və həmrəylik bu görüşdə ətraflı müzakirə edilən digər məsələlər idi”.
Pezeşkian əlavə edib ki, Ali Rəhbərin ən mühüm tövsiyəsi ölkə daxilində “birlik və həmrəylik” olub.
İran Prezidenti vurğulayıb ki, mövcud şəraitdə birlikdən vacib heç nə yoxdur, çünki “düşmənin əsas məqsədlərindən biri ölkə daxilində ixtilaf yaratmaqdır”.
Qeyd edək ki, ötən gün Pezeşkian prezidentliyinin üçüncü ilinin başlanması ilə əlaqədar Müctəba Xamenei ilə görüşüb.

Bu arada Britaniyalı siyasi fəal və analitik Nikolas Lissack israr edir ki, İranın Ali Lideri Mojtaba Xamenei mart ayının ortalarında vəfat edib.
Lissak özünün X sosial media hesabında yazıb:
"Bütün bu tamaşa İslam İnqilabı Keşikçiləri Korpusunun Mojtabanın ölümünü təsdiqləmək və onu daha radikal bir tərəfdarla əvəz etmək üçün həyasızcasına bir hiyləsindən başqa bir şey deyil".
2 dəqiqə