PKK-nın "məsul" şəxsi Türkiyə ordusuna təslim olub VİDEO
“TRT Haber”in reportajı
Türkiyə ordusu PKK terror təşkilatına qarşı əməliyyat tədbirlərini davam etdirir.
“TRT Haber”ə görə, PKK terror təşkilatının daha bir "məsul" şəxsi təslim olub.
Araşdırma nəticəsində olun 2018-ci ildən PKK-ya qoşulduğu müəyyən edilib.
Xatırladaq ki, iki gün öncə də PKK-nın qadın sui-qəsdçilərindən biri Şanlıurfada keçirilən əməliyyat zamanı inandırma söhbəti nəticəsində Türkiyə hərbçilərinə təslim olub.
Qadın terrorçunun İraqdan Suriyaya göndərildiyi, bölgədəki insanları terror təşkilatına qoşulmağa məcbur etdiyi və təşkilatın qatilləri arasında olduğu müəyyən edilib.