XƏBƏRLƏR / İctimaiyyət

Politoloq Azər Qasımlı saxlanılıb YENİLƏNİB

DİN-in Mətbuat Xidməti bildirib ki, Azər Qasımlı araşdırmaya çağırılıb

Politoloq Azər Qasımlı saxlanılıb YENİLƏNİB
Azər Qasımlı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 15:47

    Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının nədə təqsirli bilindiyi bəlli olub.

    O, 182.2.3 (Hədə-qorxu ilə tələb etmə,zor tətbiq etmə ilə törədildikdə) təqsirli bilinir.

    Vəkili Aqil Layıc bildirib ki, Azər Qasımlı hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinərək saxlanılıb.

    ***

    12:52

    Barəsində olan müraciətlə əlaqədar Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlı polis əməkdaşları tərəfindən saxlanılıb.

    DİN-in Mətbuat Xidməti xəbəri təsdiqləyib və bildirilib ki, o, yenidən araşdırmaya çağırılıb.