Premyer Liqa: "Qarabağ" "Səbail"ə qalib gəlib YENİLƏNİB
XXX turun görüşlərinə aprelin 13-də yekun vurulacaq

21:07
Futbol üzrə Misli Premyer Liqasında XXX tura start verilib.
Açılış oyununda “Qarabağ” “ASCO Arena”da autsayder “Səbail”in qonağı olub.
Görüş Ağdam təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Qonaqların heyətində qolları 17-ci dəqiqədə Abdullah Zubir, 19, 52, 65-ci dəqiqələrdə isə Leandro Andrade vurublar. Meydan sahiblərindən isə 72-ci dəqiqədə David Qomis fərqlənib.
Bu nəticədən sonra xallarının sayını 73-ə çatdıran "Qarabağ" turnir cədvəlində liderliyini davam etdirir. “Səbail” isə 20 xalla sonuncu – onuncu pillədə qərarlaşıb.
Qeyd edək ki, tura aprelin 13-də yekun vurulacaq.
***
09:19
Misli Premyer Liqasının XXX turunun açılış oyununda "Qarabağ" "Səbail"lə üz-üzə gələcək.
Bu gün “ASCO Arena”da keçiriləcək matçı Tural Qurbanov idarə edəcək.
Qarşılaşmanın start fiti saat 19:00-da səslənəcək.
Cari mövsümün başa çatmasına 9 tur qalmış Ağdam təmsilçisi 70 xalla turnir cədvəlinə başçılıq edir. 20 xala malik "Səbail" isə sonuncu - onuncudur.
Misli Premyer Liqası
IV dövrə, XXX tur
11 aprel
19:00. “Səbail” – “Qarabağ”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Kamran Əliyev.
VAR: Fərid Hacıyev.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“ASCO Arena”
Qeyd edək ki, XXX turun görüşlərinə aprelin 13-də yekun vurulacaq.