Prezident ədliyyə naziri təyin etdi
Bununla bağlı Prezident müvafiq Sərəncam imzalayıb
Fərid Turab oğlu Əhmədov Azərbaycan Respublikasının ədliyyə naziri təyin edilib.
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Bu vəzifəyə qədər Fərid Əhmədov rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini olub.
1979-cu ildə Bakı şəhərində anadan olmuşdur.
2000-ci ildə Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavr təhsilini bitirmişdir.
2002-ci ildə Beynəlxalq hüquq üzrə magistr təhsilini bitirmişdir.
2003cü ildə “Chevening” təqaüdçüsü olaraq İngiltərənin Esseks Universitetində beynəlxalq insan hüquqları ixtisası üzrə magistr dərəcəsi almışdır.
2009-cu ildə Doktorantura pilləsi üzrə təhsilini almaq məqsədilə İngiltərənin Oksford Universitetinə “Weidenfeld” təqaüdçüsü olaraq daxil olmuşdur.
2016-cı ildə Oksford Universitetinin hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.
2006-2007-ci illərdə Milli Məclis Aparatının İnzibati və Hərbi qanunvericilik şöbəsində məsləhətçi vəzifəsində çalışmışdır.
2015-2017-ci illərdə “Azərbaycan” Universitetinin rektoru olmuşdur.
2017-2020-ci illərdə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də baş direktorun müavini vəzifəsində çalışmışdır.
2021-ci ildə Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müşaviri təyin edilmişdir.
2022-ci ildə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 24 may tarixli Sərəncamı ilə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilmişdir.
İngilis və rus dillərini bilir.
Ailəlidir.