Prezident Ərdoğan həmkarları ilə basketbol oynadı
Millət vəkili Mustafa Varank görüntüləri sosial media hesabında paylaşıb VİDEO
Prezident Rəcəb Tayyib Ərdoğan həmkarları ilə basketbol oynayıb.
AK Partiya Bursa millət vəkili Mustafa Varank prezident Ərdoğanın basketbol oynadığı görüntüləri sosial media hesabında paylaşıb.
Görüntülərdə prezident Ərdoğan Əmək və Sosial Təminat naziri Vedat İşıkhan, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın, keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlu və Ömər Onanla birlikdə görünür.
Varank görüntüləri "Bəli, yenə qalib gəldi!" başlığı ilə paylaşıb.
1 dəqiqədən az