XƏBƏRLƏR / Müttəfiq

Prezident Ərdoğan müxalifətə müraciət etdi

"Vətəndaşlarımızın dincliyini təxribatlarla pozmağı dayandırın"

Prezident Ərdoğan müxalifətə müraciət etdi
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Vətəndaşlarımızın dincliyini təxribatlarla pozmağı dayandırın. Əgər cəsarətiniz varsa, korrupsiyanın, oğurluğun, alınan rüşvətin hesabını verin" dyeyib.

    O, Prezident Külliyesində Nazirlər Kabinetinin iclasından sonra açıqlama verib.

    Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciət edən Ərdoğan vətəndaşları Ramazan ayı və Qədr Gecəsi münasibətilə təbrik edib.

    Bu mübarək günlərdə Türk millətini, müsəlmanları və bütün bəşəriyyəti rəhmət, əfv və bərəkətlə əhatə etməsini Uca Allaha dua edən Ərdoğan "Bir tərəfdən mübarək Ramazan ayı ilə vidalaşmanın hüznünü yaşayırıq, digər tərəfdən də Ramazan bayramımıza salamatlıq, rəhmətə çatmağın həyəcanını yaşayırıq" deyib.

    Ərdoğan Qəzza, Fələstin və Yəmən başda olmaqla, müxtəlif guşələrdə yaşanan ölümlərin, ağrıların, zülmün, qurbanın və ədalətsizliyin ən qısa zamanda sona çatacağına ümid etdiyini bildirib.

    Ərdoğan bayram öncəsi üzünü Türkiyəyə çevirən məzlumların və qurbanların dadına çatmaq üçün hər cür səy göstərəcəklərini, həm könüllü təşkilatlar, həm də rəsmi qurumlar vasitəsilə dünyanın məzlum bölgələrinə yardımları artırdıqlarını bildirib.

    Bir tərəfdən bələdiyyələr və partiya təşkilatları, digər tərəfdən də sosial yardım və həmrəylik vəqfləri vasitəsilə Türkiyədə ehtiyacı olanların qapısını döyüb hallarını soruşduqlarını bildirən Ərdoğan, son 23 ildə olduğu kimi bu gün də kasıblara, kimsəsizlərə yardıma tələsdiklərini, Allahdan başqa kimsəsi olmayanların köməyinə çatdıqlarını vurğulayıb.