Prezident gələn ilin büdcəsini təsdiqlədi YENİLƏNİB
Yeni büdcədə müdafiə və milli təhlükəsizlik xərcləri artırılıb
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" qanunu təsdiqləyib.
Qərar prezidentin rəsmi saytında dərc olunub.
Azərbaycanın 2024-cü il dövlət büdcəsinin gəlirləri 34 173 000,0 min manat, xərcləri 36 763 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 33 397 645,0 min manat, yerli gəlirləri 775 355,0 min manat, mərkəzləşdirilmiş xərcləri 35 978 197,0 min manat, yerli xərcləri 784 803,0 min manat) məbləğində təsdiq edilib.
İlham Əliyev Azərbaycanın 2024-cü il dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərclərinin 3 milyard 777 milyon dollar təşkil edəcəyini təsdiqləyib.
Bura aşağıdakılar üçün xərclər daxildir:
- silahlı qüvvələr - 1,45 milyard dollar.
- milli təhlükəsizlik - 243,2 milyon dollar
- Sərhəd xidməti - 268,9 milyon dollar
Bundan əlavə, xüsusi müdafiə layihələri və tədbirlərinə xərclər 1,76 milyard dollar, qalanı isə digər məqsədlər üçün nəzərdə tutulub.