XƏBƏRLƏR / Rəsmi

Prezident özünə yeni köməkçi təyin etdi

Bu barədə "president.az" xəbər yayıb

Prezident özünə yeni köməkçi təyin etdi
İlham Əliyev
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Andrey Vladimiroviç Sipilin Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Hərbi-texniki təminat məsələləri şöbəsinin müdiri təyin edilib. Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

    Dövlət başçısının digər sərəncamı ilə Andrey Vladimiroviç Sipilin Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi vəzifəsindən azad olunub.