Prezident seçkiləri prosesinə start verildi
Bu gündən namizədlər irəli sürülə bilər
Bu gündən – dekabrın 9-dan etibarən Azərbaycanda növbədənkənar Prezident seçkilərində iştirak etmək istəyənlərin namizədliyi irəli sürülə bilər.
Seçki Məcəlləsinə əsasən, seçkilərin təyin edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra aktiv (passiv) seçki hüququ olan vətəndaşlar, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları Azərbaycan Respublikası Prezidentliyinə namizədlər irəli sürə bilər.
Seçki Məcəlləsinə əsasən, səsvermə gününə ən çoxu 50 və ən аzı 30 gün qalmış saat 18.00-dək nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim edilməlidir.
Azərbaycan Respublikasında növbədənkənar Prezident seçkiləri 2024-cü il fevralın 7-nə təyin edilib.