XƏBƏRLƏR / Qayıdış

Prezident Şuşa-Laçın yolunun təmirinə 6 milyon manat ayırdı

İlham Əliyev müvafiq Sərəncam imzalayıb

Prezident Şuşa-Laçın yolunun təmirinə 6 milyon manat ayırdı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Prezident İlham Əliyev Şuşa‒Laçın avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

    Sərəncamla 41 kilometr uzunluğu olan Şuşa‒Laçın avtomobil yolunun yenidən qurulması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin 6,0 (altı) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

    Maliyyə Nazirliyinə Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.