XƏBƏRLƏR / Qayıdış

Prezident Xanoba kəndində infrastruktur ilə tanış olub FOTO

Dövlət başçısı Xanoba kəndində sakinlərlə birlikdə Novruz tonqalını alovlandırıb

Prezident  Xanoba kəndində infrastruktur ilə tanış olub FOTO
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Xocavənd rayonunun Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olublar.

    Sonra dövlət başçısı və birinci xanım kəndə köçmüş Bəybala Qasımovun evində olublar.

    Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xanobaya qayıdan kənd sakinləri ilə görüşüblər.

    Dövlət başçısı Xanoba kəndində sakinlərlə birlikdə Novruz tonqalını alovlandırıb.