Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Xirosimadadır
Bu barədə Şuşa Dövlət Qoruğu İdarəsindən xəbər veriblər
Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Yaponiyanın Xirosima şəhərinin nüvə silahi ilə bombalanmasının 78-ci ildönümü münasibəti ilə həmin şəhərdə keçirilən tədbirdə iştirak edib.
Xüsusi nümayəndəni tədbirdə Azərbaycan Respublikasının Yaponiyadakı səfiri Gürsel İsmayılzadə müşayiət edib. Sülh Memorialı Parkında keçirilmiş tədbirdə Yaponiyanın Baş naziri Fumio Kişida, müxtəlif ölkələrdən olan rəsmilər iştirak ediblər.
Tədbirdən əvvəl şəhər meri Kazumi Matsui və xüsusi nümayəndə Aydın Kərimov arasında görüş keçirilib, Şuşa şəhəri barədə məlumat təqdim olunub.