Prezidentlər Ağdamda Şahbulaq qalasında olublar
Hazırda abidədə bərpa işləri gedir

İyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar.
Dövlət başçıları əvvəlcə xatirə şəkli çəkdiriblər.
Bildirilib ki, hazırda abidədə Azərbaycan dövləti tərəfindən bərpa işlərinə başlanılıb.