Prezidentlərin geniş tərkibdə görüşü başladı
İlham Əliyev martın 13-dən Berlində səfərdədir
Martın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Azərbaycan Prezidenti İlham Əliyev bu görüşdə Laçın yolunda keçirilən etiraz aksiyasına da toxunub. Dövlət başçısı bu aksiyanın Ermənistanın Laçın yolundan qeyri-qanuni daşımalarına qarşı olduğunu bildirib.
Prezident İlham Əliyev Laçın yolunun son nöqtəsində - Ermənistan-Azərbaycan sərhədində Azərbaycanın sərhəd-keçid məntəqəsinin qurulmasının artıq labüd olduğunu qeyd edib.