XƏBƏRLƏR / Rəsmi

Putin bazar günü Azərbaycana səfərə gəlir

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb

Putin bazar günü Azərbaycana səfərə gəlir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiya Prezidenti Vladimir Putin avqustun 18-19-da Azərbaycanda dövlət səfərində olacaq.

    Bu barədə "kremlin.ru" məlumat yayıb. 

    Danışıqlar zamanı Rusiya-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsi məsələləri, habelə aktual beynəlxalq və regional problemlər müzakirə olunacaq.

    Səfərin yekunları üzrə dövlət başçılarının Birgə Bəyanatının qəbul edilməsi, hökumətlərarası və digər sənədlərin imzalanması planlaşdırılır.