XƏBƏRLƏR / Həyat Tərzi

Putin Kim Çen Ina maşın hədiyyə etdi

Bu barədə TASS məlumat yayıb

Putin Kim Çen Ina maşın hədiyyə etdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiya prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen Ina Rusiya istehsalı olan avtomobil hədiyyə edib.

    TASS-ın yaydığı məlumata görə, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb.

    Marka və model göstərilməyib.

    KCNA-nın qeyd etdiyi kimi, Kim Çen In üçün hədiyyəni fevralın 18-də onun bacısı, Koreya Fəhlə Partiyasının (WPK) Mərkəzi Komitəsinin şöbə müdirinin müavini Kim Yo Conq qəbul edib. O, Putinə minnətdarlığını çatdırıb.