XƏBƏRLƏR / Siyasət

Putinlə Paşinyanın görüşü başlayıb

Bu barədə "Sputnik Armenia" məlumat yayıb

Putinlə Paşinyanın görüşü başlayıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 18:45

    Rusiya prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan Bişkekdə keçirdikləri görüşdə regionda baş verən hadisələri müzakirə ediblər. Paşinyan qeyd edib ki, Vladimir Putinlə görüşün gündəliyi çox gərgindir. "Təəssüf ki, regionumuzda vəziyyət gərgin olaraq qalır. Əsas məsələ təbii ki, Qarabağdır. Biz Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasında gərginliyin artdığını görürük. Laçın dəhlizi ilə bağlı Qarabağdakı ermənilər də narahatdır”,- Paşinyan bildirib.

    ***

    Rusiya prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş başlayıb. Bu barədə "Sputnik Armenia" məlumat yayıb.

    Qeyd edək ki, görüş Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin dövlət başçılarının sammiti keçirilən Qırğızıstanın paytaxtı Bişkek şəhərində təşkil olunub.