Qarabağ erməniləri Azərbaycanda təhlükəsiz yaşaya biləcəklər
Bunu ABŞ-ın Ermənistandakı səfiri Kristina Kuinn bəyan edib
ABŞ səfiri inanır ki, Qarabağ erməniləri Azərbaycanda təhlükəsiz yaşaya biləcəklər.
ABŞ-ın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Kristina Kuinn Qarabağ ermənilərinin Azərbaycanın tərkibində təhlükəsiz yaşama imkanlarını mümkün hesab edir.
O, bu barədə Ermənistan İctimai Televiziyasının efirində bildirib. Aparıcı Petros Qazaryanın Ermənistan cəmiyyətində Qarabağın Azərbaycanın tərkibində qalsa, insanların öz evlərində dinc və təhlükəsiz yaşaya bilməyəcəyi ilə bağlı müzakirələrin getməsi ilə bağlı iradına cavab olaraq, Kristina Kuin əmin edib ki, hər iki tərəfin Dağlıq Qarabağda yaşayanların hüquqları və təhlükəsizliyi təmin edilməlidir.