XƏBƏRLƏR / Qonşular

Qarabağ erməniləri ikinci Ermənistan vətəndaşlığı alır?

Politoloq Fərhad Məmmədov erməni mənbələrinin bu məlumatını şərh edib

Qarabağ erməniləri ikinci Ermənistan vətəndaşlığı alır?
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 15:12

    Ermənistan hökuməti Azərbaycandan köçən ermənilərə ölkə vətəndaşlığını almaq üçün 2026-cı il dekabrın 31-dək vaxt verəcək.

    "Sputnik Armenia" xəbər verir ki, bu barədə hökumət müvafiq qərar verib.

    ***

    Qarabağdan köçürülmüş bir çox soydaşlarımız Ermənistan Respublikasının vətəndaşlığını almaq üçün müraciət edirlər.

    Bunu Ermənistanın baş naziri Nikol Paşınyan hökumətin iclasında deyib.

    "Bizim vəzifəmiz bu prosesi mümkün qədər tez təşkil etməkdir."

    Paşinyan Qarabağdan olan könüllü köçkünlərə Ermənistan vətəndaşlığının verilməsi məsələsini mümkün qədər tez həll etməyi tapşırıb.

    "Qeydiyyat üçün bir çox soydaşlarımız müraciət edir və dövlət orqanlarının vəzifəsi bütün prosedurlara uyğun olaraq onlara köməklik göstərməkdir", - deyə baş nazir hökumətin iclasında bildirib.

    Qeyd edək ki, bu Ermənistan hakimiyyətinin növbəti oyunudur, çünki Qarabağda yaşayan və oranı könüllü tərk edən ermənilərin hamısının Ermənistan pasportu mövcuddu və onlar bunsuz da Ermənistan vətəndaşlarıdırlar.

    Çox güman ki, söhbət köçkünlərin Ermənistan ərazisində qeydiyyatından gedir, lakin Paşinyan bunu "vətəndaşlıq verilməsi" kimi təqdim edir. Bununla da o, Qarabağdan könüllü köçmüş erməniləri başqa "ölkənin" vətəndaşları kimi təqdim edir. Bu da öz növbəsində, Azərbaycana qarşı ərazi iddiası irəli sürmək siyasətinin davamıdır.

    Politoloq Fərhad Məmmədov ANS Press-ə bildirib: "Onsuz da Qarabağ ermənilərinin Ermənistan vətəndaşlığı olub. "Lakin Paşinyanın bu bəyanatı bir dövlət xadimi olaraq manipulyasiyadır. Çünki heç bir beynəlxalq qurum Qarabağ ermənilərini nə məcburi köçkün kimi, nə də qaçqın kimi tanıyır".