Qarabağ erməniləri üsyan edir VİDEOREPORTAJ
"Gəlin, Qarabağa qayıdaq. İnadkar olduğumuzu sübut edək..."
Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında bu yaxınlarda ŞƏT sammiti çərçivəsində keçirilən görüş Ermənistan cəmiyyətində hiddət fırtınasına səbəb olub.
Azərbaycan, Türkiyə və Ermənistanın birinci xanımları - Mehriban Əliyeva, Əminə Ərdoğan və Anna Akopyanın birgə fotosu da az müzakirəyə səbəb olmayıb. Bir çox ölkələrdə bu jest müsbət qarşılanaraq xalqlar arasında sülhün simvolu adlandırıldığı halda, Ermənistan müxalifəti və mediasında bu xəbər etimadsızlıq və skeptisizmlə qarşılanıb.