Qarabağ Universiteti rus bölmələrinə tələbə qəbul etməyəcək
Bu barədə məlumat universitetin sosial şəbəkələrındə yerləşdirilib

2025/26-cı tədris ilində Qarabağ Universiteti ingilis və rus bölmələrinə tələbə qəbul etməyəcək.
Bu barədə məlumat universitetin sosial şəbəkələrdəki rəsmi hesablarında dərc olunub.
Qeyd edək ki, Qarabağ Universiteti Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2023-cü il tarixli sərəncamı ilə yaradılıb.