XƏBƏRLƏR / Qayıdış

Qarabağ Universitetinin İncəsənət fakültəsi Şuşaya köçəcək

Bu, 1500-ə yaxın müəllim və tələbənin Şuşada daimi məskunlaşması deməkdir

Qarabağ Universitetinin İncəsənət fakültəsi Şuşaya köçəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Qarabağ Universitetinin İncəsənət və Turizm fakültəsi Şuşaya köçürüləcək.

    Bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov jurnalistlərə açıqlamasında deyib.

    Onun sözlərinə görə, bu, 1500-ə yaxın müəllim və tələbənin Şuşada daimi məskunlaşması deməkdir: "Düşünürük ki, gənclər və tələbələr şəhərə yeni ab-hava qatacaqlar".

    A.Kərimov məlumat verib ki, həmçinin Şuşa şəhərində uşaq bağçasının tikintisi nəzərdə tutulur.