Qarabağa yanacaq-sürtgü materialları göndəriləcək
Bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası məlumat yayıb
Sentyabrın 21-də Yevlax şəhərində keçirilmiş görüşdə erməni sakinlərin nümayəndələrinin xahişinə uyğun olaraq, ilk növbədə, bağçalar, təcili tibbi yardım və yanğınsöndürmə xidmətləri olmaqla yanacaq-sürtgü materiallarının göndərilməsi təmin ediləcək.
Bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası məlumat yayıb.
Rusiya sülhməramlı qüvvələrin kontingentinin şəxsi heyətinin istifadəsi, eləcə də sülhməramlılar vasitəsilə mülki əhaliyə çatdırılması üçün Laçın-Xankəndi yolu ərzaq və gündəlik tələbat mallarının keçidi təmin olunur;