Qarabağdan könüllü çıxmış ermənilərin aqibəti
Onların 10 mindən çoxu Ermənistanı tərk edib
Qarabağdan könüllü çıxmış erməni əsilli şəxslərdən 10 mindən çoxu Ermənistanı tərk edib.
Bu barədə Qarabağda ləğv olunmuş qondarma rejimin sabiq “dövlət naziri” Artak Beqlaryan “APRI Armenia” analitik mərkəzindəki konfransda deyib.
Beqlaryan deyib ki, Qarabağın erməni sakinlərinin Ermənistanda qalması üçün şərait yaradılmalıdır.