XƏBƏRLƏR / İdman

"Qarabağ"ın futbolçusu millinin heyətindən çıxarılıb

Bu barədə AFFA-dan məlumat verilib

"Qarabağ"ın futbolçusu millinin heyətindən çıxarılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • "Qarabağ"ın futbolçusu Toral Bayramov Azərbaycan millisinin heyətindən çıxarılıb.

    Bu barədə AFFA-dan məlumat verilib.

    Buna səbəb futbolçunun zədələnməsi olub.

    Daha əvvəl Ağdam klubunun digər müdafiəçisi Elvin Cəfəquliyev eyni səbəbdən millinin düşərgəsini tərk edib.

    Qeyd edək ki, Ayxan Abbasovun rəhbərlik etdiyi yığma DÇ-2026-nın seçmə mərhələsində noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda Fransa yığması ilə qarşılaşacaq.