XƏBƏRLƏR / İdman

“Qarabağ”ın növbəti oyunu T.Bəhramov adına stadionda keçəcək

Ağdamlılar Finlandiyanın HİK komandasını qəbul edəcək

“Qarabağ”ın növbəti oyunu T.Bəhramov adına stadionda keçəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • “Qarabağ”ın UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində Finlandiyanın HİK komandası ilə keçirəcəyi ilk oyununun başlama saatı və stadionu müəyyənləşib.

    Avqustun 10-u reallaşacaq matç Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq və saat 20:00-da başlayacaq.

    Ağdam təmsilçisi bu mövsüm UEFA Çempionlar Liqasındakı ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirmişdi.

    Qeyd edək ki, “Qarabağ”ın HİK komandası ilə cavab görüşü isə avqustun 17-də olacaq.