XƏBƏRLƏR / İdman

“Qarabağ”lı futbolçu Levandovski və Vinisiusu qabaqlayır

Braziliyalı hücumçu Olavio Juninyo 2024-cü ildə 22 qol vurub və bombardirlər arasında 27-ci yeri tutub

“Qarabağ”lı futbolçu Levandovski və Vinisiusu qabaqlayır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın müxtəlif ölkələrindən 46 futbolçunun yer aldığı 2024-cü ilin ən yaxşı bombardirlərinin siyahısını açıqlayıb. Nüfuzlu reytinqə Azərbaycanın “Qarabağ” klubunun braziliyalı hücumçusu Olavio Juninyo 22 qolla 27-ci yeri tutub.

    Juninyo "Barselona"dan Robert Levandovski və "Real Madrid"dən Vinisius Junior kimi dünya futbol ulduzlarını qabaqlayıb.

    2024-cü ilin bombardiri siyahısına 35 qol vuran Çinin “Şanxay Port” klubunun hücumçusu Vu Ley başçılıq edir.