XƏBƏRLƏR / Kriminal

Qaradağda 26 yaşlı gənc öldürülüb

Bu barədə Qaradağ Rayon Prokurorluğu bildirib

Qaradağda 26 yaşlı gənc öldürülüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Martın 6-da saat 00:15 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində 1998-ci il təvəllüdlü İlham Haqverdiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Qaradağ Rayon Prokurorluğundan bildirilib ki, araşdırmalarla 2006-cı il təvəllüdlü Məzahir Bayramovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı tanışı İlham Haqverdiyevi kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Məzahir Bayramov iş üzrə prokurorluğun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

    Hazırda ibtidai istintaq davam edir.