XƏBƏRLƏR / Nəqliyyat

Qars-Naxçıvan dəmir yolunun təməli qoyulur

Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib

Qars-Naxçıvan dəmir yolunun təməli qoyulur
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Avqustun 22-də Türkiyə ilə Azərbaycanı birləşdirən Qars-İğdır-Aralık-Dilucu dəmir yolu xəttinin təməlqoyma mərasimi keçiriləcək.

    224 kilometr uzunluğunda dəmir yolu xətti çəkiləcək. Onun tutumu ildə 5,5 milyon sərnişin və 15 milyon ton yük təşkil edəcək.

    Layihəyə 24 tunel, 10 körpü, 144 yeraltı və 27 yol ötürücüsünün, həmçinin 480 su borusunun tikintisi daxildir, Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.