Qarsda Azərbaycan və Türkiyənin “Heydər Əliyev-2026" təlimi

Təlimdə "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib VİDEO

  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycan ilə Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq, Türkiyənin Qars şəhərində keçirilən “Heydər Əliyev-2026" birgə təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib. 
    Tədbirdə Əlahiddə Ümumqoşun Ordunun bir qrup hərbi qulluqçusu və Azərbaycan Respublikasının Türkiyədəki hərbi attaşelik aparatının nümayəndələri iştirak edib.

    Bu barədə Müdafiə Nazirliyi xəbər verib.

    Əvvəlcə hərbi təyinatlı müasir silah və döyüş texnikaları, həmçinin ərazidə bölmələrin  yerləşməsi və mərhələlər üzrə icra olunacaq fəaliyyətlər haqqında məlumat verilib. 

    Planla tanışlıqdan sonra qonaqlar komanda məntəqəsində təlimin gedişatını izləyiblər.

    Təlim poliqonunda cəlb olunan iştirakçılar tərəfindən müxtəlif epizodlar praktiki icra olunub.

    Sonda təlimdə fərqlənən hərbi qulluqçular həvəsləndirilib və xatirə şəkli çəkdirilib.

    Türkiyə və Azərbaycan silahlı qüvvələrinin iştirakı ilə keçirilən hərbi təlimlər Türkiyənin Qars əyalətində baş tutub.

    Silahlı qüvvələrimiz tərəfindən keçirilən müntəzəm hərbi təlimlər Müdafiə Nazirliyi tərəfindən əvvəlcədən hazırlanmış plana uyğun olaraq həyata keçirilir.