XƏBƏRLƏR / İctimaiyyət

Qaya parçaları Quba-Xınalıq yolunu bağlayıb

Əraziyə həm də güclü qar yağıb

Qaya parçaları Quba-Xınalıq yolunu bağlayıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Güclü qar yağması və qaya parçalarının yolun hərəkət hissəsinə düşməsi səbəbindən Quba-Xınalıq yolu bağlanıb.

    Qubadakı 5 saylı Yol İstismar İdarəsinin sahə rəisi Bilal Sultanov bildirib ki, hazırda yolun açılması üçün əraziyə canlı qüvvə və ağır texnika cəlb olunub.

    Təhlükəli vəziyyət yolun 36-cı kilometrliyindən sonra müşahidə olunur.