Qazaxıstan Azərbaycan ərazisindən neft tranzitini artıracaq
Bu mövzu Qazaxıstan və Azərbaycan energetika nazirlərinin görüşündə müzakirə olunub
Qazaxıstan Azərbaycan ərazisindən neft tranzitini artırmağı planlaşdırır.
Bu mövzu Qazaxıstan Respublikası və Azərbaycan Respublikasının energetika nazirlərinin görüşündə müzakirə olunub. Almasadam Satkəliyev və Pərviz Şahbazov arasında görüş ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası birgə komissiyanın iclasının yekunları üzrə baş tutub.
Müzakirə mövzularından biri də Qazaxıstan neftinin Azərbaycan ərazisindən tranzitinin artırılması olub. “KazMunayQaz” milli şirkətləri ilə SOCAR arasında müvafiq saziş 2022-ci ildən qüvvədədir.
Qazaxıstan Respublikası Energetika Nazirliyinin 2023-cü ilin yekunlarına görə, Aktaudan Bakı-Tbilisi-Ceyhan istiqamətində neft daşımaları bir milyon tondan bir qədər çox təşkil edib. 2024-cü il üçün planlarda bu rəqəmin 500 min tona çatdırılması nəzərdə tutulur.