Qazaxıstan BTC neft kəməri ilə tranziti get-gedə artırır
Bu barədə Qazaxıstanın energetika naziri Erlan Akkenjenov məlumat verib

Qazaxıstanın energetika naziri Erlan Akkenjenov Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə tranzitinin artırılması planlarından danışıb:
"Ötən il bu istiqamətdə 1,4 milyon tona yaxın nəql etmişiksə, 2025-ci ildə təxminən 1,7 milyon tona yaxın daşınmağı planlaşdırırıq. Son 6 ayda bu marşrutla 800 min tona yaxın yük daşımışıq. İşlər davam edir, bu, bizim əsas alternativ marşrutlarımızdan biridir".
Xatırladaq ki, Qazaxıstanın əsas neft nəqli marşrutu KTK kəməri ilə Rusiyanın Novorossiysk limanı vasitəsi ilə həyata keçirilir. Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar bu limanda ciddi problemlər yaranıb və Rusiya Qazaxıstan neftinin təhlükəsiz və fasiləsiz nəqlini təmin edə bilmir.